Əsas məzmuna keç

Qəzəl

Müxalif dövrdən, gülgun şərabı qanə dəgşirdim

Məhəmməd Füzuli

1

Müxalif dövrdən, gülgun şərabı qanə dəgşirdim, Sürudin çəngü udun naləvü əfqanə dəgşirdim.

Dəxi zövqi-vüsali-dust şövqin istəmin məndən Ki, mən zövqi-vüsali möhnəti-hicranə dəgşirdim.

Məni, ey bağiban, mə’zur tut gülzar seyrindən Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəgşirdim.

Könül verdim fənavü fəqrə, tərki-e’tibar etdim, Bihəmdillah ki, axir küfrümü imanə dəgşirdim.

Niqabi-surəti-hal eylədim xuni-cigər seylin, Əyan rüsvalığ dərdü qəmi-pünhanə dəgşirdim.

Könüldən zövq bulmazdım, çıxardım çaki-köksümdən, Qaşı yaylar xədəngilə gələn peykanə dəgşirdim.

Füzuli, məndə zövqi-afiyət az istə kim, çoxdan, Mən onu aruziyi-təl’əti-cananə dəgşirdim.

Lüğət: Gülgun – gül rəngli, gül üzlü; Sürud – nəğmə, oxumaq, melodiya; Xuni – qanlı, qatil

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.