Əsas məzmuna keç

Qəzəl

Müşküldür, mən kənarə düşəm kuyi-yardən

Xurşidbanu Natəvan

1

Müşküldür, mən kənarə düşəm kuyi-yardən, Dişvardır ki, əl üzəm o gülüzardən.

Ya rəb, nolar ki, yar gələ mərgi-aşiqə, Can qüssədən rəha ola, dil intizardən.

Şaxi-gül üzrə əylənib ol şahmari-gur, Əmr eyləyir ki, çək əlini zülfi-yardən.

Hicr atəşin arayə dəxi salma, ey rəqib! Mümkün olurmu ayrıla pərvanə nardən?

Hüsnün xəyalıdır səbəbi-şövqi-xatirim; Qəmzəndi qoymayan qurtarım ahü zardən.

Qəmdən səvayi qəm günü qəmxar yox, könül! Şad ol qəzayə, hər nə yetə qəmgüsardən!

Rahi-vəfadə canü cahan verdi Natəvan, Ta həşr olunca çəkməz əlin etibardən.

Lüğət: Mərg – ölüm; Əmr – iş; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.