Əsas məzmuna keç

Qəzəl

Müşkin saçına ta ki, mələk çaldı şanəsin

Şah İsmayıl Xətai

1

Müşkin saçına ta ki, mələk çaldı şanəsin, Səd parə qıldı can quşunun aşiyanəsin.

Lə’linə can baha dedi, verdim rəvan ona, Ol bivəfayi gör ki, gedərməz bəhanəsin.

Eşqin ki, gəldi mehr ilə şəhri-vücudimə, Mehmandır ol ki, canü könül dutdu xanəsin.

Anca ki, göz yaşın tökərəm, bolmazam xilas, Eşqin könüldə yığdı tükənməz xəzanəsin.

Ta kim, Xətayi gördi anın çeşmi-məstini, Heyrandurur ki, gözədə bilməz zəmanəsin.

Lüğət: Səd – yüz; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Mehr – günəş; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.