Müshəfdir anın üzü, eyivallah
Müshəfdir anın üzü, eyivallah, Nun, eynü mim, qülhüvəllah.
Mə’şuq ilə aşiq oldu vahid, Qafvəl-qələm oldu, qissə kutah.
Sufi nə bilir təriqi-vəhdət, Meyxanəyə çünki bulmadı rah.
Min Yusifi çahına düşürmiş, Şirin ləbi şol öyündüyü çah.
Qansı fələkin sitarəsisən Kim, surətinə əsir olur mah?
Sənsən bu gün, ey əmiri-xuban, Şirinlərə Xosrovu şəhənhaş.
Əhyayi-izam edər Nəsimi, Zülfün qoxusuyla hər səhərgah.
Lüğət: Müshəf – Kitab; Qissə – Hekayət, nağıl; Təriq – Yol; Şol – O; Çah – Quyu