Əsas məzmuna keç

Qəzəl

Müshəf demək xətadır ol səfheyi-cəmalə

Məhəmməd Füzuli

2

Müshəf demək xətadır ol səfheyi-cəmalə, Bu bir kitab sözdür, fəhm edən əhli-halə.

Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı, Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə.

Heyrani-mahi-ruyin xurşidə mehr salmaz, Müştaqi-taqi-əbrun əksik baxar hilalə.

Qondurdu gərd xəttin ayineyi-muradə, Qıfl urdu iqdi-zülfün gəncineyi-vüsalə.

Dövran mənə qələm tək sevda qapısın açdı, Ta qəddimi qəmindən döndərdi zə’f nalə.

Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş, Xoş kamili-zamansan, əhsəntə bu kəmalə.

Lüğət: Müshəf – Quran; Halə – ayın ətrafında görünən işıqlı dairə; Gərd – toz

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.