Əsas məzmuna keç

Qəzəl

Mürdə cismim iltifatından bulur hər dəm həyat

Məhəmməd Füzuli

1

Mürdə cismim iltifatından bulur hər dəm həyat, Ölərəm, gər qılmasan hər dəm mənə bir iltifat.

Yazə bilməz ləblərin vəsfin təmami-ömrdə, Abi-heyvan versə Xizrə kilkü zülmətdən dəvat.

Mən fəqirəm, sən qəni, vergil zəkati-hüsn kim, Şər’ içində həm mənədir həm sənə vacib zəkat.

Görməyincə hüsnünü imanə gəlməz aşiqin, Yüz peyəmbər cəm olub, göstərsələr min mö’cüzat.

Məzhəri-asari-qüdrətdir vücudi-kamilin, Feyzi-fitrətdən qərəz sənsən, tüfeylin kainat.

Cövhəri-zatindədir məcmui-övsafi-kəmal, Bu sifat ilə ki, sənsən, qandadır bir pak zat?

Eşqə ta düşdüm, Füzuli, çəkmədim dünya qəmin; Bil ki, qeydi-eşq imiş dami-təəllüqdən nəcat.

Lüğət: Kilk – qələm; Məzhər – bir şeyin zahir olduğu yer; Fitrət – yaradılış, xilqət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.