Muradə yetmədən kuyindən, ey siminbədən, getdim
Muradə yetmədən kuyindən, ey siminbədən, getdim, Ürəkdə dağ, qıldım lalə tək tərki-çəmən, getdim.
Tikanla gül kimi bir yerdə ömr etdik, fələk birdən Xilafi-rəsm dövr etdi, o dilbər qaldı, mən getdim.
Nigarım həmnişinimdi, fələk bir nəqş işlətdi, O Şirin nəqşi tək qaldı, mən oldum Kuhkən, getdim.
Gecə sübhə qədər yandım qəmində şəmi-məclis tək, Günəş tək nur saçınca çöhrəsi, söndüm həmən, getdim.
Bir ox vurdu, yaralandım, uzaqlaşdırdı kuyindən, Vücudumda yara, qəlbimdə min dərdü məhən getdim.
O işrətxanəni tərk etmədim öz ixtiyarımla, Məhəbbət badəsilə məst olunca, bilmədən getdim.
Füzuli, dərdimə dərman düşünmə yar kuyində Ki, mən ölməkçün orda boynuma saldım kəfən, getdim.