Əsas məzmuna keç

Qəzəl

Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar

Məhəmməd Füzuli

1

Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar, Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.

Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil, Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.

Könül mir’atını eylər mükəddər əql təklifi, Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar.

Fəzayi-ömrdən guya degillər qönçə tək vaqif Olar kim, özlərin dünya üçün diltəng tutmuşlar.

Məni, kim səngsari-möhnətəm bazari-eşq içrə, Bəla daği çəkən Fərhad ilə həmsəng tutmuşlar.

Ləbin dövründə zahidlər tutub meyxanələr küncün, Qılıb təsbih tarın tərk, zülfi-çəng tutmuşlar.

Səhər bülbüllər əfğanı degil bihudə gülşəndə, Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar.

Lüğət: Müqəvvəs – yarımdairə kimi əyilmiş; Vəsmə – qaraltmaq üçün qaşa yaxılan maddə; Təğyir – döndərmək, dəyişmək; Hərami – oğru, yolkəsən, adamsoyan; Neyrəng – hilə; Səngsar – daşqalaq; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.