Əsas məzmuna keç

Qəzəl

Münqəlib oldu həvadislə məni-zarə mizac

Seyid Əzim Şirvani

1

Münqəlib oldu həvadislə məni-zarə mizac, Ey Məsihanəfəsim, qıl məni-bimarə əlac!

Rövşən et xanəmizi bir gecə təşrifinlə, Ey cəmalı fələki-hüsnə siraci-vəhhac.

Abi-Kövsər ləbi-şirininə nisbət, guya Biridir əzbi-Fəratü biridir milhi-Ücac.

Tutmusan dəhrdə sən hiç müsəlmanın əlin? Etməsin tarı sənə kafəri, ya rəb, möhtac!

Şəm pərvanəni yandırmaz idi, amma sən Yandırıb aşiqi, etdin bunu aləmdə rəvac.

Ləşkəri-Zəngü həbəş tutdular ətrafi-rüxün, Dəxi müşgüldü bu gün Kəbəyə getsin hüccac.

Daneyi-gəndümi-xalinə təmə eyləmə kim, Seyyida, cənnəti-kuyindən edərlər ixrac.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.