Əsas məzmuna keç

Qəzəl

Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac

Məhəmməd Füzuli

1

Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac, Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.

Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal, Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac.

Çəkmə təxtü tac qeydin, bisərü palıq gözət Kim, əyağə bənddir təxtü bəladır başə tac.

Bir pəri zülfün tutub, xalindən alsan kami-dil, Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac.

Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdə Fəqr bazarinə əsbabi-fənadəndir rəvac.

Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar, Olsa hasil fəqrdən hüznü qinadən ibtihac.

Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm, Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac.

Lüğət: İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Təxt – rəvan – çiyin üzərində aparılan təxt; Xərac – vergi, bac; İbtihac – sevinc, fərəh, sürur; Bərqi – lame’ – ildırım; Sirişk – göz yaşı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.