Əsas məzmuna keç

Qəzəl

Munca cövr etdin mana, namehribanlıqdan nə sud?

Şah İsmayıl Xətai

1

Munca cövr etdin mana, namehribanlıqdan nə sud? Öldürəndən sonra, ey can, mehribanlıqdan nə sud?

Qəhrin ilən təlx keçdi çünki ömrüm dünyədə, Yaşım yüzdən istəyübən şadimanlıqdan nə sud?

Bilməzəm neyçündürür düşmənligin bu növ ilən? Lütfini görsətməyib, həm bu yamanlıqdan nə sud?

Çünki rəhmin yoxdurur mən piri-eşqin halinə, Bu cəhan bağində, ey sərvim, cavanlıqdan nə sud?

Ey Xətayi, dilbərin çünkim cəfa eylər sana, Bivəfa aləmdə böylə zindəganlıqdan nə sud?!

Lüğət: Cövr – zülm; Sud – fayda; Qəhr – acıq, kədər; Təlx – acı; Zindəganlıq – yaşayış, həyat

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.