Əsas məzmuna keç

Qəzəl

Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət

Seyid Əzim Şirvani

1

Müjdə, ey dil, gələcək bu gecə canan xəlvət, Verəcək qalibi-biruhumuza can xəlvət.

Mərdümi-didə xəyal ilə həmağuş olmuş, Sanki Bülqeysə edib sərh Süleyman xəlvət.

Sinəmin dağlərin mən necə pinhan qılım, Olumu, padşəhim, hiç çırağan xəlvət.

Xət gəlibmiş demə rüxsarına ol sim-tənin, Gətiribmiş, nə bilim, kafəri iyman xəlvət?

Vadiyi-vəhdətə gəl, ey dili-divanə, dəxi Ola bilməz bu sifət hiç biyaban xəlvət.

Çıxdı pirahəni-çakilə gülüstandan gül, San, Züleyxa ilə etmiş məhi-Kənan xəlvət.

Gah peyğami-cəfa, gah bəlayi-hicran, Seyyidə yar qılır gündə bir ehsan xəlvət.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.