Mübəddəl qılmağa sübhi-vüsalə şami-hicrani
Mübəddəl qılmağa sübhi-vüsalə şami-hicrani, Mənim ahim əlidir sübhü şam çərx damani.
Gözüm yaşilə həmrəng olduğiçün kəşfi-razında, Basırkən bağrıma, düşdü gözümdən bağrımın qani.
Dili-pürxunmudur sinəmdə, ya ol qaşları yayın Çəkilmiş navəki, cismimdə qalmış qanlı peykani?
Üzün görmək təmənnasindəyəm, əmma budur müşkül Ki, dəm düşdükcə açdırmaz mənə göz əşk tüğyani.
Dedin, ey Xizr, bənzər yar lə’li abi-heyvanə, Bu tə’zim ilə topraqdan götürdün abi-heyvani.
Nisari-xaki-payin layiqi bir gövhər istərdim, Qamu gözdən keçirdim qətrə-qətrə əşki-qəltani.
Füzulinin yetər eşqinə inkar eylə, ey gərdun! Güvahi-hal yetməzmi sənə fəryadü əfğani?
Lüğət: Sübhi – əzəl – ilk sübh; Navək – ox; Peykan – ox; Əşk – göz yaşı; Gərd – toz