Əsas məzmuna keç

Qəzəl

Mövsimi-novruzü neyistan aşikar oldu yenə

İmadəddin Nəsimi

1

Mövsimi-novruzü neyistan aşikar oldu yenə, Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab, Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.

Köhnə dünya yengi xəl’ət geydi bu mövsümdə uş, Çöhrəsi dövri bu gün nəqşü nigar oldu yenə.

Nərgisi gör, cam əlində mey sunar ariflərə, Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.

Badə içmək rövzədə gər sən dilərsən hur ilə, Yar əlin tut, bağçaya gir, növbahar oldu yenə.

Saqiya,camı gətir kim, mən uşatdım tövbəmi, Köhnə təqvimim mənim bie’tibar oldu yenə.

Sən Nəsimi razını, ey dan yeli, yarə yetir: Sənsizin halım pərişan, biqərar oldu yenə.

Lüğət: Rövzə – Bağ

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.