Əsas məzmuna keç

Qəzəl

Mö’minin qəlbi içində çünki beytüllahdır

İmadəddin Nəsimi

1

Mö’minin qəlbi içində çünki beytüllahdır, Neçin izzət eyləməzsən, anda çün Allahdır.

Ol məqamı tanrının kim, ərş oxuyurlar anı, Mö’minin qəlbidürür kim, təxti-şahənşahdır.

İstəgil bir əhli-dili, ol bilir həq yolunu Kim, anın rövşən dilində həqqə doğru rahdır.

Yerdə, göydə hər nə kim var, dünyada, üqbada həm, Cümləsindən bəlkə yaxşı bir dili-agahdır.

Ey Nəsimi, hər kim ol dil Kə’bəsin qıldı təvaf, İrdi məqsudü murada, vasili-dilxahdır.

______________________Milli Kitabxana_______________________

Lüğət: Rövşən – Işıqlı; Üqba – O dünya; Dil – Ürək; Təvaf – Kəbənin başına dolanmaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.