Əsas məzmuna keç

Qəzəl

Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma Laf

Məhəmməd Füzuli

1

Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma Laf, Eşq bir yükdür ki, xəm olmuş onun altında Qaf.

Olma xali dürdkeşlər söhbətindən, ey könül, Gər dilərsən edəsən ayineyi-idrakı saf.

Sübhdəm zülfün dağt, ya şam ərzi-ariz et, Qoyma sübhü şam arasında təriqi-ixtilaf.

Rəşki-rüxsarın dili-xurşidə salmış iztirab, Qeyrəti-qəddin mizaci-şəm’ə vermiş inhiraf.

Xaki-kuyin Kə’bəyə nisbət qılan bilməzmi kim, Bunda hərdəm, onda bir növbət olur vacib təvaf.

Vəhmim ondandır ki, mümkün olmaya qəmdən nicat, Fərric allahümmə həmmi, nəccini mimma nəxaf1.

Ey Füzuli, zahid ər də’vayi-əql eylər, nə sud, Nəfyi-zövqi-eşqdir, cəhlinə eyni-e’tiraf.

Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Rəşk – həsəd, qısqanmaq; İnhiraf – dönmək, boyun qaçırmaq; Təvaf – başına dolanmaq; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Sud – fayda, qazanc

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.