Mişkin saçın hər tarəsin iki cahana verməzəm
Mişkin saçın hər tarəsin iki cahana verməzəm, Lə’lin vüsalın bir nəfəs min dadlu cana verməzəm.
Şəhla gözün sevdaları əhdü əmanətdir mana, Nur-əl-yəqinin sirrini olmaz gümana verməzəm.
Aydır mana, ver, müddəi, yarı bu gün yarın günə, Bir saat anın vəslini dəhrü zamana verməzəm.
Zülfündə can qıldı vətən, hübbülvətən şərti ilən, Mən məskənül-ərvahımı kövnü məkana verməzəm.
Nazü nəimi dünyanın bilxatimə gər sud isə, Külli ziyandır aşiqə, sudu ziyana verməzəm.
Oldu kəlamından yəqin, k’anın dəhanı var imiş, Eynəl-yəqinin rö’yətin qeybü gümana verməzəm.
Ey bənzədən qəddin anın sərvü çinarü ər’ərə, Mən sidrəvü tuba adın hər birəvana verməzəm!
Ey inciyi mədh eyləyən, yaqutunu cövhər bilən, Mən bulduğum dürdanəyi yüz bəhrü kana verməzəm!
Eşqi-məcazi salikə zərqü riyadən yegdürür, Həq bil bunu kim, kimsəyi sudü ziyana verməzəm.
Yarın dodağı vəsfini, ey zahid, əbsəm, sorma kim, Nitqin Məsihü Məryəmin hər bizəbana verməzəm.
Çünki Məsihanın dəmi nitqi-Nəsimidir bu gün, Anı bahasız sanma kim, can rayigana verməzəm.
Lüğət: Nur – İşıq; Yarın – Səhər; Hübbülvətən – Vətən sevgisi; Ərvah – Ruhlar; Sud – Fayda; Dəhan – Ağız; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Ərə – Mişar; Bəhr – Dəniz; Zərq – Hiylə, yaltaqlıq; Əbsəm – Lal