Əsas məzmuna keç

Qəzəl

Minbə’d əgər mənimlə həbib olsa aşina

Şah İsmayıl Xətai

1

Minbə’d əgər mənimlə həbib olsa aşina, Mən canımı yolunda onun eylərəm fəda.

Gülgün yüzün xəyalına düşdü könül yenə, Bənzim saraldı dərd ilə manəndi-kəhrəba.

Darüş-şəfayə getmədigim canandan ötrüdür, Ey cismimin həyatı, ləbindir mənə şəfa.

Çeşmin cəhanda fitnəvü aşub göstərir, Hər dəm qiyaməti qoparır qamətin mana.

Yastan, Xətayi, yar eşiginə e’tiqad ilə, Şamü səhər də dövlətinə eyləgil dua.

Lüğət: Həbib – dost; Manənd – bənzər, tay; Çeşmi – giryan – ağlar göz; Aşub – qarışıqlıq, həyəcan

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.