Əsas məzmuna keç

Qəzəl

Min dərdlinin əlacı olmuş əlinlə hasil

Məhəmməd Füzuli

1

Min dərdlinin əlacı olmuş əlinlə hasil, Biz də mərizi-eşqik, bizdən sən olma qafil.

Məğrur ayaq tozun da əylənmədi bizimlə, Söylə, o bu yerişlə axır taparmı mənzil?

Odlu sinəmdə qanlı dağlarmıdır gül açmış, Ya qəlbimə düşən od şölə saçıb, açar dil?

Torpaq sovurdum isə başa, deyil səbirdən, Dəryayi-möhnətimçün dəşti-fənadı sahil.

Çox şükr, ölmədim mən, bildim bu iki sirri: Bal şəhdidir vüsalın, hicrinsə zəhri-qatil.

Göz yaşlarım dayanmaz, könlüm qaçar dalınca, Sanki onu çəkərlər, boynunda var səlasil.

Etmə, Füzuli, heyrət bu qəlbim atəşindən, Çün könlüm aynasilə bir şam durar müqabil.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.