Əsas məzmuna keç

Qəzəl

Meyxanəni saqi ilə məstanə dolandı

Məhəmmədəli Şəfai

2

Meyxanəni saqi ilə məstanə dolandı, Məstanələrin başına meyxanə dolandı.

Heyran edici rəqsəi-canbəxşinə anın, Mey qaynadı, cam oynadı, peymanə dolandı.

Sel tək başına yağdı giranmayə şabaşlar, Ətrafını min gövhərü dürdanə dolandı.

Başdan aşıb ol bəzmi-məhəbbətdə məhəbbət, Can rəqsə gəlib oynadı, cananə dolandı.

Cam əldə dolandım, o məhin başına mən də, Şəmin elə bil başına pərvanə dolandı.

Eşq atəşi bir şölə çəkib, cismi sərasər Yandırdı şərarı düşərək canə dolandı,

Can riştələrin gördü, dolandı əsəri eşq Geysuyi-nigarə neçə kim şanə dolandı.

Məqsudi-ərusin alan ağuşə Şəfai, Avarə qalıb çölləri biganə dolandı,

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.