Meyxanə tərəf saqi, amandır, güzər eylə
Meyxanə tərəf saqi, amandır, güzər eylə, Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə.
Hərçənd ki, mən tanımıram başla ayağım, Sən doldur əyağı, məni bundan bətər eylə.
Sərməst ölürəm, get məni dəfn etməgə, saqi, Rindani-xərabatə bu işdən xəbər eylə.
Yandın necə sən indi, könül, nari-fəraqə, Yüz dəfə dedim eşqdən, axır, həzər eylə.
Ey dil, əgər ol qəmzeyi-xunxarı sevirsən, Can cövşənini tiri-bəlayə sipər eylə.
Sədparə könül, xövf eləmə tiri-bəladən, Mərdanə bu meydanə qədəm qoy, cigər eylə.
Ey nalələrim, gəldi odur qətlim üçün yar, Kim dedi sənə get dili-yarə əsər eylə.
Ol zülfi-siyəhdən bu şəbi-vəsldə, Seyyid, Tulani şikayətlərüvi müxtəsər eylə.