Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs
Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs, Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs?
Yar kuyində gər olsaydı, müsəlmanlar, yerim, Kafərəm gər rövzeyi-rizvanə eylərdim həvəs.
Kuh fəryadi-sədasin verdi Fərhadın demin, Nəqşi-Şirindir verir avaz, olub fəryadrəs.
Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə, Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs!
Bir nəfəs qalmış həyatımdan, həbibim, sübh tək, Nola gər bir mehr göstərsən mənə axir nəfəs.
Xali etdim dil həvayi-ixtilati-xəlqdən, Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs.
Ey Füzuli, gər sənə cəm’iyyəti-dildir murad, Bağıla bir dildarə könlün, qeyrdən peyvəndi kəs.
Lüğət: Kuh – dağ; Naqə – dişi dəvə, maya; Bəzm – qonaqlıq, kef məclisi