Əsas məzmuna keç

Qəzəl

Mərhəm qoyub önərmə, sinəmdə qanlı daği

Məhəmməd Füzuli

1

Mərhəm qoyub önərmə, sinəmdə qanlı daği, Söndürmə öz əlinlə yandırdığın çiraği.

Uymuş cünunə könlüm, əbrunə der məhi-növ, Nə e’tibar ona kim, seçməz qaradan aği.

Qəddin qəmində sərvin sormağa zə’fi-halın, Gülzardən kəsilməz irmaqların əyaği.

Dür tək dişin sözünü hər dəm eşitmək istər, Bəhrin müdam onunçün sahildədir qulaği.

Zülfü sayəh sənəmlər olmuş sənin əsirin, Eşqində hər birinin öz lütfü boynu baği.

Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi, Tünd olma, bir qədəh ver, tər eyləsin dimaği.

Dövran həvadisindən yox bakimiz, Füzuli, Darül-əmanımızdır meyxanələr bucaği.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.