Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba! Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!
Çün ləbin cami-Cəm oldu nəfxeyi-Ruhülqüdüs, Ey cəmilim, ey cəmalim, bəhrü kanım, mərhəba!
Könlümə heç səndən özgə nəsnə layiq görmədim, Surətim, əqlim, üqulim, cismü canım, mərhəba!
Ey mələk surətli dilbər, can fədadır yoluna, Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən? Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!
Lüğət: Laməkan – Məkansız; Cami – müsəffa – Saf şərab; Cəmil – Gözəl; Bəhr – Dəniz; Nəsnə – Bir şey