Əsas məzmuna keç

Qəzəl

Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni

İmadəddin Nəsimi

1

Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni, Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni.

Doğrusu, müştaq idik, cana, bəsi didarına, Ey gözü nərgis, üzü gülnar, xoş gördük səni.

Gəlməyə çün afitabü getməyə çün mahitab, Haliya, ey kövkəbi-səyyar, xoş gördük səni.

Müddəilər tə’n urarlar irqətindən halıma, Bir dəxi bər kuriyi-əğyar, xoş gördük səni.

Dərdimənd olmuş idi miskin Nəsimi sənsizin, Ey vüsalın dərdimə timar, xoş gördük səni.

Lüğət: Bərgüzidə – Seçilmiş; Müştaq – Həvəskar; Afitab – Günəş; Kövkəb – Ulduz; Timar – Əlac

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.