Əsas məzmuna keç

Qəzəl

Mərhəba, insani-kamil, canımın cananəsi

İmadəddin Nəsimi

1

Mərhəba, insani-kamil, canımın cananəsi, Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

Vəchini səb’ül-məsani oxuyan gündən bəri, Gör ki, nə divana düşmüş aşiqin divanəsi.

Ta səqahüm şərbətindən içdi bu xəstə könül, Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi.

Çün bizə mə’lum olubdur mə’niyi-ümmül-kitab, Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi.

Şol Xızır biçarə içmiş abi-heyvan dedilər, Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi.

Əhsəni-təqvim bilən nəçük ənəlhəq deməsin? Bəs nədən bərdar olubdur Mənsurun divanəsi?

Kafirin bütxanəsi var, mö’minin – Beytülhəram, Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi.

Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır, Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi.

______________________Milli Kitabxana_______________________

Lüğət: Şol – O; Rövşən – Işıqlı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.