Əsas məzmuna keç

Qəzəl

Məqalindir bu rəncurun şəfası

İmadəddin Nəsimi

1

Məqalindir bu rəncurun şəfası, Şəfaül-qəlb məhbubun liqası.

Qaşındır vəhy, eynin ayətüllah, Nəharü leyl anın ağü qarası.

Vüsalın şövqünü şol can bilir kim, Anın canındadır eşqin bəlası.

Cəm ol arifdir, ey dilbər kim, oldu Üzün ayineyi-geytinüması.

Gəl, ey aşiq, şəhid ol eşq içində Ki, həqdir ol şəhidin qanbəhası.

Riyayi-zahid eylər eşqə inkar, Bəladır zahidin zərqü riyası.

Fəqih adəmdən ürkər, səcdə qılmaz, Məgər şeytandır ol şumun xudası.

Qiyamət qopdu, ey tacir, zərülbi’ Ki, yoxdur ol günün bey’ü şərası.

Əgər safisən, ey sufi, gey ətləs Ki, biqədr oldu tamatın libası.

Nəsimidir vücudi-fərdi-mütləq, Bu tövhidin əhəddəndir əsası.

______________________Milli Kitabxana_______________________

Lüğət: Leyl – Gecə; Şol – O; Zərq – Hiylə, yaltaqlıq; Tamat – Boş sözlər, cəfəngiyyat; Tövhid – Birlik

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.