Əsas məzmuna keç

Qəzəl

Məntək bahardə hər o şəxsin ki, yarı yox

Seyid Əzim Şirvani

3

Məntək bahardə hər o şəxsin ki, yarı yox, Bir bülbüli-fələkzədədir kim, baharı yox.

Ol kəs ki, yarını görə əğyarə yar olub, Öldürməsə əgər özünü, hiç arı yox.

Çox kimsənin əgərçi kəsibdir qərarını, Əmma mənim təki o gülün biqərarı yox.

Bənzər o nəxlə kim, ola bisayəvü səmər, Hər dilbərin ki, aşiqə busü kənarı yox.

Seyyid, hanı şərabın, ötür fəsli-novbahar, Bir də baharə çıxmağının etibarı yox.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.