Mənim yolumda yektalər gərəkdir
Mənim yolumda yektalər gərəkdir, Dini, imanı yəğmalər gərəkdir.
Mənim tək gövhəri nadan nə bilsün, Məni bilməgə danalar gərəkdir.
Nə bilsün məni hər bir başlı, gözlü, Könül gözündə binalar gərəkdir.
Mən olman dəgmə fikr ilən müyəssər, Mənə bir incə sevdalər gərəkdir.
Mənəm sultan Xətayi Heydər oğlu, Mənim yolumda qovğalar gərəkdir.
Lüğət: Yekta – yalnız, misilsiz; Dəgmə – təsadüfi, hər yetən