Əsas məzmuna keç

Qəzəl

Mənim yari-vəfadarım, gəl axır

İmadəddin Nəsimi

1

Mənim yari-vəfadarım, gəl axır, Mələk surətli dildarım, gəl axır.

Fəraqın canımı yaxdı bəğayət, Həbibim, munisim, yarım, gəl axır.

Mənəm bülbül kimi nalanü giryan, Dodağı qönçə gülzarım, gəl axır.

Qaşın qarşısına canım bərabər, Mənim tirü kamandarım, gəl axır.

Fəraqından qatı divanə oldum, Kərəm qıl, zülfü zünnarım, gəl axır.

Sənintək görmədim bir gül cahanda, Bənövşə, tazə ruzgarım, gəl axır.

Qərarım qalmadı, səbrim tükəndi, Ləbi lə’li-şəkərbarım, gəl axır.

Nəsimi natəvandır çün qəmindən, Gəl ey canım, gəl ey yarım, gəl axır.

Lüğət: Bəğayət – Çox; Həbib – Dost, sevgili; Munis – Yaxın dost; Giryan – Ağlar; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.