Əsas məzmuna keç

Qəzəl

Mənim ol sevgi yarım gəldi, xoşdur

Şah İsmayıl Xətai

1

Mənim ol sevgi yarım gəldi, xoşdur. Əlimə ol nigarım gəldi, xoşdur.

Əlindən ixtiyarın getsə, getsin, Əlimə ixtiyarım gəldi, xoşdur.

Sən ol səhradə çün quli-biyaban, Çəməndə gül’üzarım gəldi, xoşdur.

Öl imdi qış günü sərma əlindən, Mənim tazə baharım gəldi, xoşdur.

Sən ey Seyyid Əli zülmat içində Bu rövşən ruzigarım gəldi, xoşdur.

Xətayi, şükr qıl Allaha daim, Gedən səbrü qərarım gəldi, xoşdur.

Lüğət: Nigar – sevgili, bəzəkli; Üzar – yanaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.