Əsas məzmuna keç

Qəzəl

Mənim könlüm alan dilbər degilmi?

Şah İsmayıl Xətai

1

Mənim könlüm alan dilbər degilmi? Ləbi mərcan, dişi gövhər degilmi?

Yüzü zülfün mənim imanım aldı, Zəhi çin düşməni, kafər degilmi?

Məni heyran edən ol hurizadın Boyu tuba, ləbi kövsər degilmi?

Şərabi-eşq içən üşşaqə, ey dust, Ləbin noğul, sözün şəkkər degilmi?

Xətayi şahi-aləm eşigində Qulami-kəmtər əz Qənbər degilmi?

Lüğət: Çin – düz, doğru, qıvrım; Tuba – cənnət ağacı; Kəmtər – lap az, azacıq, etibarsız

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.