Əsas məzmuna keç

Qəzəl

Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır

Məhəmməd Füzuli

1

Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır, Pərişan türrələr dövründə sərgərdanlığm vardır.

Yaşım təxti-rəvandır, taci-zərrin şö’leyi-ahim, Görün kim, dövləti-eşq ilə nə sultanlığm vardır?

Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım, Xəyali-surəti-cananə xoş heyranlığm vardır.

Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə, Həvayi-eşq ilə min səncə əşkəfşanlığm vardır.

Ləbin dövründə kim, insan olan can der ona mütləq Əgər abi-həyat etsəm tələb, heyvanlığm vardır.

Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadən Qamu danayə rövşəndir bu, kim, nadanlığm vardır.

Lüğət: Türrə – saçın qıvrımı; Təxt – rəvan – çiyin üzərində aparılan təxt; Zərrin – qızıldan qayrılma; Əşk – göz yaşı; Sirişk – göz yaşı; Əbr – bulud.Əbru – qaş; Zöhd – zahidlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.