Mənim əhvalıma rəhm eyləməzsən, ey gözəl, bir an
Mənim əhvalıma rəhm eyləməzsən, ey gözəl, bir an, Sənə aşiq deyil lazım məgər, bunca tökərsən qan?
Küləkdən od çəkər şölə, təəccüblü deyildir bu Ki, hüsnün günbəgün artar mənim ahü fəğanımdan.
Əgər məndən gəlirsə könlünə azar bir ləhzə, Sənin qoy xatirinçün mən olum avarə, sərgərdan.
Fələk bilmiş ki, məndə qalmamışdır tab didarə, Odur kim, gizlədər məndən camalın, eyləyər pünhan.
O gül şaxinə sən bir qönçə tək bağlanmısan, könlüm! Açılma gül kimi, yoxsa düşərsən ayrı canandan.
Cəfa ilə vəfadə, ey gözəl, bir ixtiyarım yox, O hüsnün hökmüdür, etmiş səni bir sahibi-fərman.
Füzuli, xaki-payindən o mahın sən şərəf tapdın, Yetər əflakə başın bu şərəflə çün məhi-taban.