Mənim cahanda ki, bir yari-gülüzarım yox
Mənim cahanda ki, bir yari-gülüzarım yox, Işim ki, yox, burada qalmağa qərarım yox.
Məni bir it yerinə qoymaz asitanında, Çıxım gedim gərək ordan ki, etibarım yox.
Rəqib hücumu qəribə böyük müsibətdir, Nə yaxşı kim, bu diyar içrə hiç yarım yox.
Çəkirsə şövq kəməndi məni əsil vətənə, Mənim bu nikbət evində daha qərarım yox.
Behişt bağındakı bülbüllərin biri mən ikən, Bu bağı görməyə könlümdə intizarım yox.
Mənim ki, bir gözəl əldən qərarımı almış, Bir özgəsinə deyəm yar, ixtiyarım yox.
Bu feyz bəsdi, Füzuli, fəqir olmaqdan, Zəmanə əhli ilə ixtilati-karım yox.