Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir, Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.
Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin, Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.
Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun, Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir.
Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə, Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.
Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz, Qiyamət macərasından gör, ol zalim nə qafildir.
Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə, Yox özgə elminə inkarımız, bu elmə cahildir.
Füzuli, el səni Məcnundan əfzun der məlamətdə, Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir.
Lüğət: Mayil – meyl edici, meyilli; Seylab – sel