Əsas məzmuna keç

Qəzəl

Məni sərgəştə heyran eyləyən şah

Şah İsmayıl Xətai

1

Məni sərgəştə heyran eyləyən şah, Könül şəhrində seyran eyləyən şah.

Məni rüsva edüb saldın cəhanə, Didəmni zarü giryan eyləyən şah.

Müsəxxər eyləyən cümlə cəhanı, Yezid qövmin müsəlman eyləyən şah.

Özü bülbül olub gülzarə gəzdi, Mən daşxaruda zar eyləyən şah.

Ənəlhəq çağuran Mənsur dilində, Yenə Mənsuri bərdar eyləyən şah.

Həsən ilə Hüseyni Kərbəladə Yəzid əlilə qurban eyləyən şah.

Çıxaran Yusifi çahi-bəladən, Misir təxtində sultan eyləyən şah.

Günəş tək zahir olmuşdur gözündə, Cahan bağın gülüstan eyləyən şah.

Xətasız yüzlərlə yüzigünəşdir, Yenə günəşi pünhan eyləyən şah.

Xətayi səndən əfğan edəsidir, Həşr günündə divan eyləyən şah.

Lüğət: Sərgəştə – çaşmış, başını itirmiş; Müsəxxər – alınmış, zəbt olunmuş; Ənəlhəq – haq mənəm, gerçək mənəm

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.