Əsas məzmuna keç

Qəzəl

Məni gədalığa ol yari-pürsitiz istər

Seyid Əzim Şirvani

1

Məni gədalığa ol yari-pürsitiz istər, Həzar şükr ki, yarım məni əziz istər.

Gəlibdi cilvəyə ol sərv qəddü qamətlə, Müşəxxəs oldu ki, aləmdə rəstəxiz istər.

Tökər sirişk gözüm, su verir o, müjganə Ki, qətli-am üçün ol tiği-tündü tiz istər.

Səba dəgib dağıdır tellərin üzə hərdəm, Məgər o, tari-səri-zülfü müşkbiz istər?

Dedim: bu qədr məni, ey həbibi, ağlatma, Dedi ki, aşiqini yar əşkriz istər.

Üz ilə zülfüvü dərk etmədim lətafətdən, Seçə qəradən ağı qüvveyi-təmiz istər.

Nə əldə nəqdi-dilü can, nə dinü iymanım, Bütani-simbədən Seyyid, əldə çiz istər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.