Əsas məzmuna keç

Qəzəl

Məni fikirlə elə məhv edib o qönçədəhan

Məhəmməd Füzuli

1

Məni fikirlə elə məhv edib o qönçədəhan Ki, sözdən özgə tapılmaz bu aləm içrə nişan.

Elə əritdi məni incə bellilər dərdi Ki, cismimə bir ağır yük olub bu ruhi-rəvan.

Budur mənim diləyim: tərki-cismü can qılam Ki, dərd əlindən olub xəstə cismim ilə bu can.

Dedin ki: varlığım olmuş vüsalına mane, Demək, rəqib özüməm mən özümə, ey canan!

Vücudum içrə qəribəm, “vətən-vətən” deyərəm, Cəfayi-qürbətə artıq yoxumdu tabü təvan.

Üzümdə gəl oxu eşqin acı hekayəsini, Desəm dil ilə, salar od cahana ahü fəğan.

Nigar zülfü kimi incəlib, Füzuli, bu gün O can ki, eşq yolunda ona gəlirdi güman.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.