Əsas məzmuna keç

Qəzəl

Məni əfgar edən ol xəttü xalın

Şah İsmayıl Xətai

1

Məni əfgar edən ol xəttü xalın Bikrdir çeşmeyi-lə’li-zülalın.

Zi Xızr anı görübdürsə Məsiha, Əcaib xəlqi vardır zülcəlalın.

Nə cansan sən, mənim canumdan artux, Könüldən getmədi bir dəm xəyalın.

Müqəddərdir mana ruzi-əzəldən Deyim aləmdə daim vəsfi-halın.

Xətayinin duasıdır dəmadəm Ki, yarəb, olmasun hərgiz zəvalın.

Lüğət: Xətt – yanaq, yazı; Çeşmeyi – heyvan – dirilik bulağı; Zülal – saf su, sağlam, təmiz; Zülcəlal – əzəmətli, cəlallı; Hərgiz – heç vaxt; Zəval – bəla, məhv olma

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.