Əsas məzmuna keç

Qəzəl

Mənəm sultani-aləm can içində

Şah İsmayıl Xətai

1

Mənəm sultani-aləm can içində, Yerim vardır xamu canan içində.

Oxuyurlar onu bəhr ilə bərdə, İraqü Şamü həm Şirvan içində.

Gəl ey talib, mana canın fəda qıl Ki, keçmişdi günün hicran içində.

Könüldə küfrü iman dopdoludur, Yəqin bil, küfr var iman içində.

Şəriətdir, təriqətdir həqiqət, Mə’rifət bir gözidir can içində.

Bu gün çövkani-eşq aldım əlimə, Gəlibmən top çalam meydan içində.

Xətayiyəm özüm şah Heydər oğlu, Bu mehri görməsi sindan içində.

Lüğət: Bəhr – dəniz; Talib – tələb edən, istəyən; Küfr – inamsızlıq, kafirlik; Mehr – günəş

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.