Mənəm şeydası ol mahın, o məndən bir xəbər tutmaz
Mənəm şeydası ol mahın, o məndən bir xəbər tutmaz, Saqınmaz tiri-ahimdən ki, qarşımda süpər tutmaz.
Səni kim, etinasızlıq şərabı məst qılmışdır, O daş qəlbin fəqirin halını duymaz, kədər tutmaz.
Cəfa etməkdə üşşaqə tayın yoxdur bu aləmdə, Budur vəchi, gözəllikdə yerin bir simbər tutmaz.
Könül yatmaz, nədir çarə, cahanda başqa dildarə, Yerini mahi-rüxsarın günəş verməz, qəmər tutmaz.
Düşüb zəncirinə eşqin elə halı pərişanəm Ki, divanə sanıb, ülfət mənimlə bir nəfər tutmaz.
Həqiqət nurudur hüsnü, saçar cilvə, göz aç, aşiq, Tamaşa qıl ki, ondan üz kənarə bir bəşər tutmaz.
Füzuli, çoxları yanmış sənəmlər eşqinə, amma Sənin tək heç kəsin cismi öz ahindən şərər tutmaz.