Əsas məzmuna keç

Qəzəl

Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən

Seyid Əzim Şirvani

1

Mənəm ki, yüz qəmü yüz dərdə mübtəlayəm mən, Məhəbbətində sənin talibi-bəlayəm mən.

O vəqtdən ki, hamı masivanı tərk etdim, Yəqinim oldu ki, sultani-masivayəm mən.

Mənimlə zində olub tapdı Xızr ömri-əbəd, Bu dari-zülmət ara çeşmeyi-bəqayəm mən.

O qüvvəyəm ki, yədi-həqlə gəlmişəm felə, Təsəvvür eyləmə kim, bir dəxi fənayəm mən.

Nə şöləyəm ki, çəkəm asimanə gərdəni-kibr, Bəsani-sayəyəm, üftadə xaki-payəm mən.

Məni çəkər gözünə harda görsə əhli-nəzər, Siyahbəxtəm əgər, mili-tutiyayəm mən.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.