Əsas məzmuna keç

Qəzəl

Mənəm ki, bu zəmanə şimdi gəldim

Şah İsmayıl Xətai

1

Mənəm ki, bu zəmanə şimdi gəldim, Rəvan oldum rəvanə şimdi gəldim.

Aşiqəm məstü heyran şahə çün mən, Mühübbəm xanədanə şimdi gəldim.

Şaha müştaq idim ğayətdə, billah, Şükr kim, asitanə şimdi gəldim.

Yezidü müşrikin kökün kəsərəm, Çırağəm yanə-yanə şimdi gəldim.

Əzəldən gəlmişəm şah əmri ilən, Sağınmagil, cahanə şimdi gəldim.

Mühübbəm on iki şahə əzəldən, Vəleykin bu dükanə şimdi gəldim.

Süleyman xatəmi, Musa əsası, Aləmə Nuh tufanə şimdi gəldim.

Məhəmməd mö’cüzi, şah Zülfüqarı Əlimdədir, nişanə şimdi gəldim.

Xəvaric əhlini qoyman cəhanə, Xətayiyəm, cəhanə şimdi gəldim.

Lüğət: Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Müştaq – istəyən, arzulayan; Xatəm – üzük

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.