Mənə təklikdə qalan gün qəmi-yarım bəsdir
Mənə təklikdə qalan gün qəmi-yarım bəsdir, Gecələr həmnəfəsim naleyi-zarım bəsdir.
Qəm günündə məni min şövqlə şad etmək üçün, Xəstə qəlbimlə mənim cismi-nəzarım bəsdir.
Başqa zəncirə nə hacət, nəyə lazım o mənə, Bağlamış könlümü ol zülfi-nigarım, bəsdir.
Yoxdur aləmdə mənim guşeyi-rahətdə yerim, Keçsə meyxanədə gər leylü naharım bəsdir.
Yox bu dünyanın işilə mənim aləmdə işim, Tərki-dünya eləmək gər ola karım, bəsdir.
Məni şəmkir ilə öldürməyə bir hacət yox, Baxsa bir an mənə ol çeşmi-xumarım bəsdir.
Ey Füzuli, mənə dünyada bütün ləzzətdən Zövqi-didar ilə ol laləüzarım bəsdir.