Mənə hicrində o növ ilə degil surəti-hal
Mənə hicrində o növ ilə degil surəti-hal Ki, sual etsən ola qüvveyi-təqrirə məcal.
Gər ölən vəqt sənin adını zikr eyləməsəm, Gəlməsin kəlmeyi-tovhida dilim, ey güli-al!
Nəfəsim qətdir, ayineyi-rüxsarüvi tut, Ta müşəxxəs ola, ey gül, sənə keyfiyyəti-hal.
Ey deyən, bal deməklə ağız olmaz şirin; Niyə bəs zikri-ləbiylə mənə var ləzzəti-bal.
Sənəma, xali-tərindirmi zənəxdanında, Ya, durubdur tərəfi-çeşmeyi-Zəmzəmdə Bilal?
Bilməz ol tifl hələ şiveyi-məşuqəligi, Şiri-madər təki qanını bilir, leyk, həlal.
Katibi-sün çəkər tərhi-qaşın peyvəstə, Ya hər ay başı düşər çərxə qaşından bu misal?
Seyyida, çəkmə əbəs bari-əmanət qəmini, Çək əyağ, iç meyi-gülfamı, degilsən həmmal.