Əsas məzmuna keç

Qəzəl

Mənə, ey sayə, qəm dəştində daim həmdəm oldun sən

Məhəmməd Füzuli

1

Mənə, ey sayə, qəm dəştində daim həmdəm oldun sən, Nə ah çəkdin bu müddətdə, nə çeşmi-pürnəm oldun sən . Gecə sübhə qədər, ey şəm, məni pərvanə tək yaxdın, Məgər qorxmursan ahımdan ki, bunca xürrəm oldun sən?

Saman qadirmi qaldırsın zəif çiyninə bir dağı, Dağı dağ üstə qoydun, cismimə bari-qəm oldun sən.

Atın hər ay salar bir nal fələkdə, yoxsa, ey canan, Günəş dərgahına çatdı, o yerdə məhrəm oldun sən.

Hamı məstü xərab olmuş, tapılmaz bir nəfər hüşyar, Odur ki, ey səfa mülkü, pozuldun, bərhəm oldun sən.

Yetər, bədbəxtlərə bunca məlamət daşını vurdun, Saqın, əl çək sitəmdən, söyləsinlər adəm oldun sən.

Füzuli, sən hara, canan hara? Vəslinə göz dikmə, O sultanın yanına bir gədadən də kəm oldun sən.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.