Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!
Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz! Olur hər sünbili-süsən gözümdə bir tikan sənsiz!
Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa, Olur zəhri-həlahil, tutiyi-şirinzəban sənsiz!
Səbəb nə oldu ki, məndən mehr kəsdin, mehriban bülbül! Olub qumri kimi ku-ku yenə virdi-zəban sənsiz!
Xoş ol günlər ki, nəslindən edərdim kami-dil hasil, Olunca mübtəla hicrə, çıxaydı kaş can sənsiz!
Əlif tək sərv qəddin, can içində getdi, qəmxarim! Necə aram tutsun, bilməzəm, cism içrə can sənsiz?
Həsari-könlümə səngi-məlamət çərxdən yetdi, Ribati-köhnədir, məddi-nəzərdə xaniman sənsiz.
Çıxar sübhü məsa əflakə du di-şöleyi-ahim, Zəbani-halimə giryan olur kərrubiyan, sənsiz!
Nəzər qıl, qönçeyi-lalə misalı bir-biri üstən Çəkilmiş sinəmə, gör kim, necə daği-nəhan sənsiz!
Lüğət: Dun – alçaq; Həlahil – öldürücü; Zəban – din; Məsa – axşam; Giryan – ağlar; Kərrubiyan – mələklər