Əsas məzmuna keç

Qəzəl

Mən xərabati-əzəldən məstü heyran gəlmişəm

İmadəddin Nəsimi

1

Mən xərabati-əzəldən məstü heyran gəlmişəm, Eşq ilə yekrəng olub şadanü xəndan gəlmişəm.

Saqiyi-inni-ənəllah cür’əsindən ta əbəd Məstü məstan, xəlvətindən məstü məstan gəlmişəm.

Həqdürür qövli-ənəlhəq də’visi həqqa ki, mən Şahi-sultan məclisindən şahi-sultan gəlmişəm.

Yaxmışam, yandırmışam, kül qılmışam zərratımı, Lacərəm külli kül olub məhrəmi-can gəlmişəm.

Mövc ilə, eşq ilə canım dürlü-dürlü dür saçar, Bu giransız eşq ilə dəryayi-ümman gəlmişəm.

Tahiri qüdsi deyən ruhül-əmindir məntiqim, On səkiz min aləmin sirrinə pünhan gəlmişəm.

Məqsədi-kövnü məkan sənsən, Nəsimi, çün bu gün Nə əcəb gər derisəm mən sirri-sübhan gəlmişəm.

______________________Milli Kitabxana_______________________

Lüğət: Qövl – Qohum; Lacərəm – Istər-istəməz; Əlbəttə;Buna görə; Mövc – Dalğa

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.