Mən uşaq tək ağlamaqdan başqa aləm bilmirəm
Mən uşaq tək ağlamaqdan başqa aləm bilmirəm, Dərdimi bir kimsə bilməz, mən özüm həm bilmirəm.
Etmişəm təkliklə adət, var özümdən nifrətim, San ki, rəsmi-ülfəti-övladi-adəm bilmirəm.
Bəs kimə izhar edim mən könlümün gizlin qəmin, Qəmdən öldüm, sevgilim, bu dərdə mərhəm bilmirəm.
Qafiləm mən, qəlbimi axtarma, sorma dərdimi, Çox sorub, axtarma gəl, ey yari-həmdəm, bilmirəm.
Qəlbimə yol tapmamışdır fikri də xoşbəxtliyin, Hansı insan qəlbi olmuş şadü xürrəm, bilmirəm.
Möhnətim çoxsa, yanında qədri çoxdur özgənin, Qədri azdır çox qəmin, var sirri-mübhəm, bilmirəm.
Ey Füzuli, gər pərişan halımı sorsan mənim, Bir cavabım yox deyim mən, çünki billəm bilmirəm.